Sağlıq & Yaşam

Koronavirusun insan beyninə təsirləri araşdırılıb

Koronavirus insan beyni üçün bir sıra dağıdıcı fəsadlara gətirib çıxara bilər. Bu barədə Liverpul, Yel danişgahları, London danişgahı, İkon Tibb Mərkəzi alimlərinin elmi araşdırmalarına istinadən “Nature” jurnalı bildirib.
Məlumata görə, koronavirusa tutulmuş və nevroloji, əsəbi ağırlaşmaların olduğu mərizlərin yüzdə 62-si beynin qan təchizatı pozulur. Eyni zamanda, mərizlərin yüzdə 31i zehni qarışıqlıq və uzun müddətli huşsuzluq kimi dəyişikliklər görünür. Londonun danişgahı tədqiqatının nəticəsinə görə, koronavirusun ən çox yayılmış nevroloji-əsəbi ziyanları səktə, eləcə də ensefalit, yəni beyin toxumalarının iltihabıdır. O, daha çox başın iltihabı və əsəb hüceyrələrinin öz qabığını itirməsinə, habelə dalğın skleroza səbəb olan kəskin dalğın ensefalomielit formasına keçə bilər. Bildirilir ki, nevroloji-əsəbi əlamətlər əhalinin müxtəlif qruplarında yarana bilər. “səktə üçün adi risk faktorları olmayan bir qrup şiddətli zehni dəyişiklikləri olan gənc mərizləri gördük”, – deyə Liverpul danişgahının nevroloqu Benedikt Maykl bildirib.
Rio-de-Janeyro Federal danişgahının əsəb doktoru Fernand de Feliçenin fikrincə, ağır COVID-19 mərizlərinin yüzdə 50dən çoxunda nevroloji-əsəbi ağırlaşmalar ola bilər. Ancaq koronavirusu yüngül və ya əlamətsiz formada keçirmiş insanlar arasında nevroloji əlamətlərin yayılmasının dərəcəsini müəyyən etmək son dərəcə çətindir. Bu durumun məlumat çatışmazlığı ilə ilgili olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button