Araşdırma & TəhlilİranMədəniyyət

“Mətbuat muzeyi”nin açılmaması ilə əlaqədar etiraz məktubu yazıldı

Yüzlərlə Təbriz sakini Jurnalistlər günü münasibəti ilə “Mətbuat muzeyi”nin yaranması ilə bağlı yol verilən səhlənkarlığa qarşı tərtib olunan məktuba imzalayaraq etirazlarını bildiriblər.

Aznews.tv «Farsnews» xəbər agentliyinə istinadən xəbər verir ki, muzeyin açılması ilə bağlı müqavilənin imza olunması tarixindən 10 il keçməsinə rəğmən “Həriri” evinin təmir işlərinin əsas hissəsi başa çatsa da, vilayət üzrə Mədəni İrs Təşkilatı müqavilənin icrası ilə bağlı heç bir ciddi addım atmayıb. Bununla bağlı yazılmış etiraz məktubunda qeyd edilib:

“Avqustun əvvəlləri Məşrutəlik inqilabını bizə xatırladır və «Jurnalistlər günü»dür. Təbriz Məşrutəliyin beşiyi olaraq mətbuatın ictimaiyyət içində nə dərəcədə təsirli olduğunu yaxşı bilir. «Mətbuat» demək yazılan hər bir sözün, çəkilən hər şəkilin arxasında dayanmaq deməkdir. Təbrizin mədəni fəalları və jurnalistləri birmənalı olaraq var gücləri ilə ölkə mirasının keşiyində durub, birinci qəzetin beşiyi olaraq, əlbəttə ki, bu sahədə öz mənəvi sərvətini nümayiş etmək üçün müəyyən yerə malik olmalıdır. Bu baş verərsə daha aydın səhərlərə göz aça bilərik. Bununla bağlı müqavilənin imzalanmasından və lazımi materialların xeyirxah insanların dəstəyi ilə toplanmasından 10 il sonra Jurnalistlər günündə Azərbaycan mətbuatının bir muzeyə sahib olması röyasının həqiqətə qovuşması vaxtı artıq gəlib çatıb”.

Qeyd edək ki, iki il bundan əvvəl jurnalistlər günündə vaxtı ilə vilayətin valisi olan Cəbbarzadə bu məsələ ilə bağlı məktub imzalayaraq həmin ilin sentyabrında açılmasına söz vermişdi. Bu vəddən sonra vali həmin muzeyin qısa zamanda açılacağını vurğulayıb. Məsələ vəd və təkiddən bir addım önə keçməyib. Hal-hazırda həmin vilayətin qubernatoru Xudabəxş oxşar bir məktubu imzalayaraq muzeyin yaranmasında bir daha təkid edib. Xeyrxah kolleksiyaçılar və medianın həmkarlığına rəğmən düyün açılmır ki, açılmır.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button