Site icon Aznews TV

Məhbus fəalın atasının yasında iştirakına icazə verilmədi

Bu barədə məlumat verən fəalın yaxınları həbsxana rəhbərliyinin hərəkətinin qanunsuz olduğunu deyib, bunu milli fəala qarşı təzyiq kimi dəyərləndiriblər.

Qeyd edək ki, Rzayi 2022-cü il dekabrın 11-də Tehranın Şuş məhəlləsində yerləşən mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Evində axtarış aparılan fəalın şəxsi əşyaları hökumət məmurları tərəfindən müsadirə olunub.

193 gün istintaq təcridxanasında saxlanılan fəala dindirmə zamanı işgəncə verilib.

Tehranda yaşayan azərbaycanlı milli-mədəni fəal Əli Rzayi İnqilab Məhkəməsinin 15-ci bölməsi tərəfindən “hökumət əleyhinə təbliğat və etiraz aksiyalarına qoşulmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib.

Exit mobile version