Site icon Aznews TV

Məktəblərdə sanitar-epidemioloji qaydalara ciddi əməl olunmur

“Mədrəsələrin təkcə yüzdə 22-si koronavirus protokollarına əməl edir”. Bu fikirləri Zəngan Ustanının tibb elmlər Sazmanının Rəisi Pərviz Qızılbaş səsləndirib. Onun sözlərinə görə, ustandakı mədrəsələrin yüzdə 80-nində incələmələr aparılıb. Ancaq onlardan yalnız bir qismində sağlamlıq qaydalarına riayət edildiyi görünüb.
Pərviz Qızılbaş bölgədə virusun üçüncü dalğasının başladığını diqqətə çatdırıb. Məlumata əsasən, COVID-19 əlamətləri görünən 338 nəfər mərizxanalara yerləşdirilib. Onlardan 76 nəfəri ICU bölməsində müalicə alır. Pərviz Qızılbaş koronavirusun cəheşə uğradığını və bu səbəbdən də onunla mübarizənin çətinləşdiyini açıqlayıb.

Exit mobile version