Site icon Aznews TV

Məlika Qaragözlü psixiatriya xəstəxanasından evə buraxılıb

“Məlika Qaragözlü bu gecə hökmün icrası dayandırılaraq müvəqqəti olaraq psixiatriya xəstəxanasından evə buraxılıb. Bu, müalicə prosesi və həkim komissiyaları davam etməsi üçün edilib”,-deyə, vəkil yazıb.

Məlika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanına köçürülüb.

Exit mobile version