Site icon Aznews TV

Məlikanda milli fəal Behnam Münəccimi həbs edilib

Sentyabrın 28-də Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində yaşayan milli fəal Behnam Münəccimi həbs edilib.

Təhlükəsizlik məmurlarının fəalın evinə basqın edərək heç bir məhkəmə hökmü və səbəb göstərmədən onu apardıqları bildirilir.

Behnam Münəcciminin nədə ittiham olunduğu və hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Exit mobile version