Site icon Aznews TV

Məlikanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

Mediaya verdiyi açıqlamada polkovnik Kazım Dadaşi bildirib ki, daxil olan məlumat əsasında Məlikan mahalında əməliyyat keçirilib.

Onun dediyinə görə, Məlikanın Leylan bölgəsinin Əbdülabad kəndi ərazisində keçirilən əməliyyat nəticəsində 6 nəfər həbs olunub və onlara məxsus mexaniki və elektron qazıntı avadanlıqları götürülüb.

Dadşi, saxlanılanların barəsində cinayət işinin açılması üçün məhkəmə qurumlarına təhvil verildiklərini bildirib.

Exit mobile version