BölgəDünyaİran

Məşhəd sakini bir “bəsici” tərəfindən Kalaşnikov silahı ilə qətlə yetirilib

32 yaşlı Məşhəd sakini cümə günü gecə saatlarında bir “bəsici” (hökümətə yaxın könüllü patrul dəstələri) tərəfindən açılan atəş nəticəsində həyatını itirib.
Yerli “Bəsic” bazasına bağlı olan bu hadisədə günahlandırılan bəsici qüvvələrin iddiasına görə, Məşhəd sakini olan gəncin “Dayan” əmrinə məhəl qoymaması nəticəsində ona tərəf atış açıblar.
Aznews.tv-nin xəbərinə görə, 14 iyun 2019-cu il tarixdə, cümə günü gecə saatlarında Məşhəd şəhərində bəsicilər tərəfindən şübhəli şəxs qismində izlənilən Pegeuot-405 markalı avtomobilinin sürücüsü silahdan açılan atəş nəticəsində həyatını itirib.
Bu hadisə ötən cümə günü gecə saatlarında Şirhasar kəndinin ehtiyat yolunda və kərpic istehsalı sobalarının yaxınlığında baş verib, belə ki, 32 yaşlı kişi başqa bir şəxslə birlikdə Pegeuot-405 markalı avtomobilinin daxilində olarkən bəsici könüllülər tərəfindən onlardan şübhəlinir.
Bəsicilərin “Dayan” əmrinə məhəl qoymayan 32 yaşlı sürücü onlar tərəfindən təqib olunurkan Kalaşnikov Avtomat silahından qəfil açılan atəş yolun səssizliyini pozur və mərmilərdən biri avtomobilin baqajından keçərək arxa tərəfdən sürücüyə dəyir.
Avtomobilin dayanması ilə, yaralı sürücü Məşhəd şəhərinin “Şəhid Haşiminejad” adına xəstəxanasına çatdırılır, lakin həkimlərin onun həyatını xilas etmək üçün səyləri nəticəsiz qalır və 32 yaşlı gənc güllədən aldığı yara nəticəsində həyatını itirib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button