Cəmiyyətİran

Makı-Bazərqan yolunda qəza: ölənlər var

Makı-Bazərqan yolunda bazar ertəsi gecə saatlarında yol qəzası baş verib.

Aznews.tv xəbər verir ki, bu barədə Makı yol polisinin rəisi, polkovnik Əlirza İsmailnəjad məlumat yayıb.

Hadisə “Pejo 405” markalı minik maşını ilə “Xavər” yük maşınının toqquşması nəticəsində meydana gəlib”. Qəzada səvari maşının sürücüsü yerindəcə, sərnişini isə xəstəxanaya çatdırılarkən həyatını itirib. Minik maşının digər 2 sərnişini, vəfat edənlərin övladları Fəcr xəstəxanasına çatdırılıb.

Yol polisi hadisənin baş vermə amilindən danışarkən “Xavər” yük maşınının sola dönməsinin qəzaya səbəb olduğunu bildirib.

Qeyd edək ki, Makı Qərbi Azərbaycan şəhərlərindəndir. İldə 500 nəfər Qərbi Azərbaycanın yol qəzalarında dünyasını dəyişir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button