DünyaİranSiyasət

Makron: Nyu-Yorkda İranla bağlı nəsə baş verə bilər

Aznews.tv “Aznews”a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına yola düşən Fransa Prezidenti Emanuel Makron İran məsələsi ilə əlaqədar Nyu Yorkda müəyyən addım atıla biləcəyini deyib.

“Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlardan sonra gərginliyin artdığını deyən Makron bildirib: “Nyu-Yorkda bir çağırış aktualdır. Bu böhranın iki aktyoru oradadır. Məkan birliyi var, lakin labüd üslub və addım birliyi deyil. Biz Səudiyyə Ərəbistanında deyilik, lakin bir şey baş verə bilər”.

Makron, Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumlardan sonra İranla ABŞ arasında görüş şansının “əsla artmadığını” söyləyib.

Makron Nyu-York səfərində onu müşayiət edən jurnalistlərə təyyarədə bildirib ki, bu iclas bizə Fransanın cənubundakı Biarritz şəhərində keçirilən G-7 sammitində yarımçıq qalan addımları Nyu-Yorkda müzakirə etməyə imkan verir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button