
İran Malayziya sularından neftinin satılması üçün istifadə edir. Lakin ölkə rəsmiləri İran neftinin ABŞ sanksiyalarına zidd olaraq satılması barədə Amerika ilə razılaşmayaraq ancaq BMT-nin Təhülkəsizlik Şurasının sanksiyalarını tanıdıqlarını bildiriblər.
Həmçinin Malayziyanın baş naziri Ənvər İbrahim daha yumşaq mövqe bildirməklə deyib: “Ölkəmiz bütün ölkələrlə dostdur. Lakin Malayziyanın milli maraqları hər şeydən üstündür”.
Malayziyanın ABŞ-nin xahişinə zidd çıxması İrana kapital axınının qarşısını almaqda Amerikanın problemlərə tuş gəldiyinə dəlalət edir.





