DünyaİranSiyasət

Malaziyada iranlılara aid bank hesabları sanksiyalar səbəbindən bloklandı

Aznews.tv “Deutsche Welle” saytına istinadən xəbər verir ki, Malaziya bankları iranlıların və eləcə də İran şirkətlərinin bank hesablarını bağlayıblar. Bu addımın ABŞ-ın İrana maliyyə sanksiyaları ilə əlaqəli olduğu deyilir. Sanksiyalar İran xalqının həyatına təzyiqləri artırır.

“Human Rights Watch” təşkilatının sanksiyaların iranlıların dərman və tibbi ləvazimatlar əldə etməsi ilə bağlı dağıdıcı təsirlərinə dair hesabat yayımladıqdan bir gün sonra, iranlıların Malaziyadakı bank hesabları ilə bağlı xəbərlər yayılır.

Reuters agentliyi oktyabrın 30-da Kualalampurdan məlumat yayaraq, Malaziyada yaşayan iranlıların bank hesablarının qəfil bloklanmasını bildirib. Banklar Malaziyada yaşayan iranlılara pullarını bank hesablarından çıxarmaq üçün bir ay vaxt verib.

Malaziyada bank hesabları olan bir sıra iranlıların və İran şirkətlərinin Reuters agentliyinə açıqlamasında xəbəri təsdiqlədikləri deyilir.
Malaziya bankları tərəfindən iranlıların hesablarının ABŞ-ın sanksiyaları ilə əlaqədar bloklanması bildirilir.
Bunu, Malaziyada yaşayan bir sıra iranlılar və habelə İran İslam Respublikasının Kualalampurdakı Səfirliyinin əməkdaşlarından biri də təsdiqləyib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button