DünyaİranSiyasət

Manuçin: İsraillilər İrana daha çox təzyiq göstərmək üçün çox dəqiq planlar irəli sürüb

ABŞ Maliyyə naziri Stiven Manuçin bazar ertəsi ölkəsinin İrana qarşı getdikcə daha çox təzyiq göstərəcəyini bildirib.

Aznews.tv “Reuters”ə istinadən xəbər verir ki, İsraildə çıxış edən Manuçin deyib: “Biz sanksiyalar tətbiq edərək maksimum təzyiq kampaniyasını həyata keçirdik və bu da səmərəlidir, bu sanksiyalar [İranın] pulunu azaldır”.

Bu barədə ABŞ Maliyyə naziri İsraildə bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə danışıb. Görüşdə Netanyahu İrana təzyiqləri artırmağa çağırıb.

Stiven Manuçin cavabında deyib: “Biz təzyiqləri daha da artırmağa davam edəcəyik… Hazırda komandanızla çox faydalı bir nahar yeməyindən çıxıram. Onlar çox dəqiq və konkret planlar irəli sürüb və biz bu ideyalar üzərində işləyəcəyik”.

ABŞ Maliyyə naziri bu “çox detallı fikirlər” barədə ətraflı məlumat verməyib. ABŞ-ın sanksiyaları bu il İranın böyük büdcə kəsirinə səbəb olan amillər arasındadır və BVF-nin proqnozlarına görə, gələn il vəziyyət daha da pisləşəcək.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close