Site icon Aznews TV

MAQATE-nin Qəyyumlar Şurası İran əleyhinə qətnamə qəbul etdi

30 ölkə qətnamənin lehinə, Çin və Rusiya əleyhinə səs verib. Hindistan, Liviya və Pakistan isə bitərəf qalıb.

Qətnamədə İran hökuməti MAQATE ilə əməkdaşlıq etməməkdə günahlandırılıb və İranı gecikmədən MAQATE ilə əməkdaşlığa çağırılıb.

Sənədin təşəbbüskarı Amerika və üç Avropa ölkəsi – Fransa, Almaniya və Böyük Britaniyadır.

Qətnamənin xəbəri hələ dərc edilmədən öncə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq tələbinə qarşı addım atıb.

Tehran nümayişkaranə şəkldə Beynəlxalq Atom Enerjisi Agentliyinin iki əlavə müşahidə kamerasının bağlandığını bildirib.

Exit mobile version