Site icon Aznews TV

Marağada konteyner-məktəbin uçması nəticəsində şagirdlər yaralanıblar

Bildirilib ki, konteyner (kaneks) – məktəb güclü külək nəticəsində aşıb.

Qeyd edək ki, hazırda Şərqi Azərbaycan əyalətində təxminən 400 konteyner-məktəb mövcuddur. İllərdir kaneks-məktəblərin yığışdırılması ilə bağlı millət vəkilləri və əyalət rəsmilərinin çoxsaylı vədlərinə baxmayaraq, məsələ həll olunmamış qalıb.

Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər. Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur.

#GuneyAzerbaycan

Exit mobile version