Dünyaİran

Mark Valas: ”Süleymaninin öldürülməsi böyük bir addım idi”

Süleymaninin öldürülməsi böyük bir addım idi.

Bu sözləri Nüvəli İrana Qarşı Birliyin icraçı direktoru Mark Valas deyib.  O bildirib ki, İrana qarşı reaksiya Trampın xarici siyasətinin uğurlu hallarındandır:

“Barak Obamanın əksinə olaraq prezident Tramp əvvəldən də inanırdı ki, İranla “Nüvə anlaşması” təqdirəlayiq deyil. Elə buna görə də anlaşmadan imtina etdi. Bununla da İrana maksimum təzyiq edildi. İran rejimi, əslində, böyük çətinliklərə tuş gəldi. Birdən başa düşdü ki, bütün bölgədə onun tərəfindən döyüşən qüvvələri dəstəkləmək gücünə malik deyil. İran xalqı isə təəccüblənirlər ki, rejim niyə ölkənin pulları daxilində xərcləmək, iqtisadi durumunu yaxşılaşdırmaq əvəzinə Yəməndə husilərə, Livanda Hizbullaha və yaxud Suriyada Bəşər Əsədə xərcləyir? Məncə, Xamenei əvvəlkindən daha çox belə bir ziddiyyətli sualla üz-üzə qalıb. Bir yandan yaxşı iqtisadiyyat istəyirəm, bir yandan da iqtidarda qalmaq istəyirəm. İkisi birlikdə ola bilərmi? İran sabitliyi pozmaqda, nüvə proqramında və terrorizmi dəstəkləməkdə israrlı olarsa, mənim fikrimcə, iqtisadiyyatı artıq yararlı olmayacaq və Xameneinin iqtidar kürsüsü sarsılacaq”, – deyə Vales əlavə edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close