Azərbaycan

Əhər zindanında azərbaycanlı məhkum şallaq vurulandan sonra ölüb

Güney Azərbaycanın Əhər şəhərinin sakini olan məhbusa şəhər zindanında vurulan şallaq zərbələri onun ölümü ilə nəticələnib.

Güney Azərbaycanın Əhər şəhərinin sakini olan məhbusa şəhər zindanında vurulan şallaq zərbələri onun ölümü ilə nəticələnib. Əhər şəhər Dadqostərisinin Hökmlərin İcrası İdarəsinin məmurlarını Hadi Ətazadəyə şallaq zərbələri vurandan sonra onu karantin bölməsinə aparıblar və məhbus bir neçə saatdan sonra orada dünyasını dəyişib. Qüsulxanadan çəkilən video görüntülərdə Hadi Ətazadənin cəsədi üzərində çoxlu sayda şallaq izlərinin olduğu açıq-aşkar görünür. Mədəni və siyasi hüquqlar haqqında Uluslararası Sənədi insan ləyaqətini və şəxsiyyətini alçaldan şallaq kimi hökmləri qadağan etsə də, İran rejimi hələ də məhbuslara və öz müxaliflərinə qarşı bu cür hökmləri icra edir. Pəhləvi rejimi dövründə İran hökuməti qeyd-şərtsiz bir çox insan haqları konvensiyalarını, mədəni və siyasi hüquqlar haqqında Uluslararası Anlaşmanı, iqtisadi, ictimai və mədəni konvensiyaları imzalamaqda onların qaydalarına əməl etməklə bağlı öhdəlik götürüb. İran İslam Cümhuriyyətinin Mədəni Qanununun 9-cu maddəsinə əsasən, bu beynəlxalq konvensiyaların qayda və prinsipləri İranın qanunları hökmündə qəbul olunur. Qeyd edək ki, bundan öncə də dəfələrlə İran zindanlarında məhkumlar aldıqları işgəncələrdən həyatlarını itiriblər. İran rəsmiləri ölkəni islami qaydaları, insaf və ədalətlə idarə etdiklərini iddia etsələr də, müxaliflərə, etirazçılara və məhbuslara qarşı amansız və qeyri-insani rəftarı özlərinə peşə seçiblər. Bir neçə gün öncə “Əli Ədaləti” adlı haker qrupun Tehranda yerləşən Evin zindanından ələ keçirərək yaydığı videogörüntülər də bunu bir daha təyid edir.

Related Articles

Bir cavab yazın

Back to top button