Cəmiyyətİdmanİran

“Mavi qız”ın ölüm xəbərindən əvvəl onun dəfn mərasimi Qum şəhərində ciddi təhlükəsizlik tədbirləri altında keçirildi

Aznews.tv “İranintl” saytına istinadən xəbər verir ki, ən azı iki məlumatlı mənbə İnqilab Məhkəməsi qarşısında etiraz etməsinin ardından həyatını itirən “Mavi qız” ləqəbli Səhər Xudayarinin cəsədinin onun ölüm xəbəri yayılmazdan əvvəl qohumlarının iştirakı olmadan və ciddi təhlükəsizlik tədbirləri altında “Beheşti Məsume” qəbristanlığında basdırıldığını bildirib.

Bu məlumatlı mənbələrə görə, Səhər Xudayarinin cəsədi 9 sentyabr bazar ertəsi günü təhlükəsizlik qüvvələri tərəfindən “Beheşti Məsume” qəbristanlığında torpağa tapşırılıb və qohumlarının dəfn mərasimində iştirakına icazə verilməyib.

Səhərin Xudayarinin Tehranın “Mütəhhəri” adına yanıq xəstəlikləri institutuna köçürüldükdən sonra həkimlər və mütəxəssislər onun xilas olunmasından ümidlərini kəsmişdilər və bacısının sözlərinə görə, ötən həftə ərzində “90 faiz yanıq” və “ağciyər zədələnməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bəzi mənbələr isə Səhərin Xudayarinin ölüm və dəfn vaxtının üç gün əvvəl olduğunu bildirib, lakin əvvəllər ailəsi ilə əlaqə saxlayan müxbirlər, “mavi qız”ın ailəsi və xəstəxananın baş həkiminə isttinadən onun ölüm vaxtının bazar ertəsi səhər olduğunu söyləyiblər.

 

Aznews.tv

Tags
Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button