
Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibi noyabrın 7-də Almaniyanı bir çox sahələr üzrə, o cümlədən İran İslam Respublikasının nüvə və raket təhdidləri məsələsində ən yaxşı tərəfdaşlarından biri adlandıraraq bildirib ki, iki ölkə ortaq fikirdədir, baxmayaraq ki, yanaşmalarımız fərqli ola bilər.
Berlin divarının yıxılmasının 30-cu ildönümü ilə bağlı xüsusi mərasimdə iştirak etmək üçün Almaniyaya gedən Mayk Pompeo, Leypsiqdə alman həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında, həmçinin Rusiya, Türkiyə və Suriyada Bəşər Əsəd rejiminə bölgədəki sabitliyin pozulmaması ilə bağlı xəbərdarlıq edib.
O, habelə Fransa prezidenti Emanuel Makronun Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO)-nun “beyin ölümünə” məruz qalması ilə bağlı fikirlərini rədd edərək qeyd edib ki, NATO “həyati əhəmiyyətli və bəlkə də tarixdə qeydə alınan ən əhəmiyyətli strateji tərəfdaşlıqlardan biri” olan hərbi ittifaqdır.
Aznews.tv