DünyaİranSiyasət

Mayk Pompeo: Sanksiyalar İslam Respublikasını çıxılmaz vəziyyətə salıb və indi çətin qərarlar qəbul etməlidir

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Argentinada bir yəhudi icmasına terror hücumunun 25-ci ildönümündə bu Latın Amerikası ölkəsinə səyahət edən ABŞ Dövlət katibi Amerika qəzetinə verdiyi müsahibə zamanı bildirib ki, ABŞ sanksiyaları İslam Respublikasına çıxılmaz vəziyyətə salıb və indi olduqca çətin qərarlar qəbul etməlidir.

“Vaşinqton Eximer” nəşrinə müsahibə verən Mayk Pompeo 1994-cü ildə Argentinada bir yəhudi mərkəzinin bombalanmasında İranın roluna dair suala cavabında deyib ki, bu, bu gün İran tərəfindən haqqında söhbət etdiyimiz təhlükənin çoxdan olduğunu bizə xatırladır.

25 il bundan əvvəl Buenos-Ayresdə Amia mərkəzində baş verən ölümcül terror hücumuna toxunan Pompeo qırx illik sui-qəsddən söhbət getdiyini vurğulayaraq deyib: “Bu, bizim hamımızın qaşısında duran əhəmiyyətli bir vəzifədir və İslam Respublikasının bütün dünyada qorxu və dəhşət saçmaq üçün imkanlarını dayandırmaq və geri çəkilməyə məcbur etməyin vacibliyini xatırladır”.

Tramp administrasiyasının dövlət katibi çıxışının başqa bir hissəsində bildirib ki, bu davranış və belə fəaliyyətlər qismən İran rejiminin inqilab höküməti və quruluşunun dini mahiyyətinə qayıdır ki, sərhədlərindən kənarda terror aktı törətməyə icazə verir, gedib günahsız insanları öldürməyə və ya onlara xəsarətlər yetirməyə icazə verir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button