Site icon Aznews TV

Mazəndəran əyalətinin valisi: “Əgər dəyişiklik baş versə islahatçı və mühafizəkarları bir yerdə asacaqlar”

İranda bir aydan çoxdur başlayan kütləvi etiraz aksiyaları rejim nümayəndələrinin hakim siyasi qanadlar arasında birləşmək təkliflərinin çxalmasına səbəb olub.

baş verənlərdən təşviş keçirən Mazəndəran əyalətinin valisi Mahmud Hüseynipur islahatçı və mühafizəkar qanad mənsublarına xəbərdarlıq edərək, talelərinin bir-birlərinə bağlı olduğunu deyib.

“Mühafizəkarlar və islahatçılar qulaqlarını açıb yaxşı dinləsinlər. Əgər kimsə düşünür ki, İranda bir hadisə baş verəcəyi təqdirdə ona toxunmayacaqlar yanlışlığı var. Dəyişiklik olacağı təqdirdə birinci onlar dar ağaclarından asılacaqlar”,- deyə, Mazəndəran valisi bildirib.

Exit mobile version