Site icon Aznews TV

Media Fəalı 6 il həbsə məhkum edilib

Tehran İnqilab Məhkəməsinin 15 şöbəsinin hakimi “Əbulqasim Sələvati”, Ramin Əliniya Tazekəndi “toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək üçün əlbir olmaq” ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat” ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Məhkəmə əlavə cəza olaraq bu Türk mədəni fəalı iki il ölkədən çıxışına qadağa və siyasi partiya və qruplara üzvlük qadağası və onlayn fəaliyyətinə iki il qadağa qoyub. İslam Cinayət Məcəlləsinin 134-cü maddəsinin tətbiqi ilə bu cəzadan beş il olacaq.

Hakim Sələvati Ramin Əliniya Tazekəndin ittihamlarını “Gündəm” adlı İnstaqram səhifəsində tənqidi yazılar dərc etmək kimi bildirib.

Ramin Əliniya Ərdəbili mədəni fəalıdır. 2023-cü il noyabrın 8-də Qadın, Həyat, Azadlıq etirazları ilə eyni vaxtda həbs olundu. Bu mədəni fəal üç həftədən çox həbsdə qaldıqdan sonra 30 noyabrda Evin həbsxanasından sərbəst buraxılmışdı.
#məhbuslar #jurnalistika_cinayət_deyil

Exit mobile version