Site icon Aznews TV

Media: İran BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin təyin edilməsinin əleyhinədir

Bu barədə xarici media BMT-nin Qətərin paytaxtı Dohada Əfqanıstan üzrə iclasında iştirak etmiş diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, İran hökuməti hesab edir ki, bu, ABŞ-nin Əfqanıstanda təsirinin genişlənməsinə səbəb olacaq.

Qeyd edək ki, fevralın 18-19-da Qətərdə BMT-nin Baş katibi Antoniu Quterreşin sədrliyi ilə Əfqanıstan məsələləri ilə məşğul olan dövlətlərin xüsusi nümayəndələrinin beynəlxalq toplantısı keçirilib.

Exit mobile version