Site icon Aznews TV

Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Laçının işğaldan azad edilməsi münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”.

 

Exit mobile version