DünyaİranSiyasət

Merkel: İranın ABŞ-la danışıqlardan əvvəl sanksiyaların qaldırılacağını gözləməsi “real deyil”

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Almaniya kansleri Anqela Merkel çərşənbə axşamı İran və ABŞ arasında birbaşa danışıqları alqışlayıb, lakin hər iki prezidentlə görüşdükdən sonra o, Vaşinqtonun əvvəlcə Tehrana qarşı sanksiyaları qaldıracağını gözləməyin real olmadığını söyləybi.

Merkel, BMT Baş Assambleyasının iclasında deyib: “Əgər bu baş verərsə, ABŞ-la İran arasındakı dialoqu alqışlayıram, ancaq əvvəlcə sanksiyaların qaldırılacağını və sonra danışıqlar aparılacağını gözləmək olmaz. Məncə, bu, qeyri-realdır”.

Bu açıqlamadan bir neçə saat əvvəl İran prezidenti Həsən Ruhani dünya gücləri ilə İranın nüvə sazişində kiçik dəyişikliklər etməklə bağlı danışıqlar aparmağa və ya sazişə düzəliş etməyə hazır olduğunu, lakin ABŞ-ın sanksiyaları qaldırmalı olduğunu bildirib.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp İranın davranışlarının dəyişməyəcəyi müddətcə sanksiyaların daha da güclənəcəyini vurğulayıb.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button