Site icon Aznews TV

Mil-Muğan Səddinin gölməçəsində 30 min köçəri quş məskunlaşıb

Aslanduzun Mil-Muğan Səddinin gölməçəsində 30 min köçəri quş məskunlaşıb. Bunu Ərdəbil Əyaləti Yaşam Çevrəsini Qoruma İdarəsinin baş müdiri Səid Şəhənd deyib. Məlumata görə, ərazidə qarabatdaq, həvasil, ağ-qaşqa qaz və d. quşlara rast gəlmək mümkündür.
Səid Şəhənd bildirib ki, Mil-Muğan Səddinin gölməçəsi 150 hektardır və Ərdəbil Əyalətinin şimalında yerləşən Aslanduz Vilayətinə aiddir. Ramsər Beynəlmiləl Konvansionda səbt olunarsa, gölməçənin beynəlmiləl səviyyədə turizm məkanına çevriləcəyi gözlənilir.
Exit mobile version