Cəmiyyətİran

Millət vəkili: Mahşəhrdə çox sayda insan öldürülüb

Mahşəhrdə çox sayda insan öldürülüb.

Bu sözləri İran Parlamentinin nümayəndəsi, millət vəkili Əmir Hüseyn Qazizadə Haşimi deyib.

O, Mahşəhr şəhərində baş verən toqquşmalarda çox sayda insanın öldürüldüyünü etiraf edib.

Mahşəhr də İranın bir çox şəhərləri kimi benzinin qiymətinin artmasına qarşı etirazların şahidi olub. Məlumata görə, təhləsizlik qüvvələri bu şəhərdə etirazçılara qarşı kəskin zorakılıq ediblər.

Xatırladaq ki, benzinin qiymətinin kəskin artmasına görə keçirilən aksiyalar  vəhşicəsinə yatırılıb. Beynəlxalq Əfv Təşkilatının statistikasına görə, etirazlarda 208 nəfər öldürülüb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close