İran

Gülüstan əyalətində koronavirus durumu narıncıdır

Gülüstan əyalətində koronavirusdan sağlıq mərkəzlərinə yerləşdirilənlərin sayı ay yarımdan sonra 3 rəqəmli oldu Gülüstan Tibb Elmləri danişgahının başqanı deyib: “Bir ay yarımdan sonra əyalət mərizxanalarında koronavirusdan müalicə alanların sayı min nəfərə yaxınlaşıb”. Əyalətdə korona pandemisinin son durumu ilə bağlı doktor Əbdürreza Fazil bildirib: “Əyalətdə sağlıq mərkəzlərinə yerləşdirilən koronavirus mərizlərinin sayı beşinci dalğanın pik həddi ilə müqayisədə yüzdə 50 azalaraq 952 nəfərə çatıb”. O artırıb: “171 məriz də sağlıq mərkəzlərinin ICU bölməsinə yerləşdirilib”. Əyalətdə ağır mərizlərin sayının azalmasına toxunan Əbdürreza Fazilin sözlərinə görə, indi 65 məriz ventilyatora qoşulub. O habelə qeyd edib: “Əyalət üzrə sağlıq mərkəzlərinə yerləşdirmə göstəricisi 100 min nəfərə görə 3.5-ə çatıb və hazırda narıncı durumdayıq”.

Related Articles

Bir cavab yazın

Back to top button