Site icon Aznews TV

Milli fəal saxlanılaraq həbsxanaya köçürüldü

Bu barədə yerli hüquq müdafiəçiləri məlumat yayıb.

O, bundan əvvəl Təbrizin İnqilab Məhkəməsi tərəfindən “insanları kiberməkanda zorakılıq hərəkətlərinə təhrik və dəvət etmək”də günahlandırılıb.

İsmayılzadə bir müddət əvvəl Urmu gölündə baş verən ekoloji fəlakət və hakimiyyətin problemə laqeydliyi ilə bağlı çıxışlarından sonra yenidən təzyiqlərlə üzləşmişdi.

Fəal, ekoloji problemə diqqət cəlb etmək üçün “Urmu və Araz üçün birlik” adı altında kampaniya başlatmışdı.

Qeyd edək ki, İsmayızadə bundan əvvəl də bir neçə dəfə dinc fəaliyyətlərinə görə həbs edilib.

Exit mobile version