
Azərbaycanlı milli mədəni fəal Bəhmən Nəsirzadənin Maki Məhkəməsi tərəfindən həbs müddəti bəlli olub. Belə ki, fəal məhkəmənin 2-ci şöbəsinin “yalan və böhtan yaymaq” ittihamı ilə 3 ay 1 gün təliqi həbsə məhkum edilib. Bildirilib ki, çıxarılan hökm cəzası 3 il müddətinə təliqdə qalacaq. Qeyd edək ki, Nasirzadə daha öncə çıxarılan bu hökmdən bəraət alıb. Ancaq pərvəndə Makının mərzi həng fərmandehi Şirzad Hacızadənin etirazlarından sonra yenidən ittiham olunub.
Xatırladaq ki, o, bundan öncə də mədəni fəaliyyətləri ilə bağlı həbs edilib. Əmniyyəti qüvvələr tərəfindən 1389-cu il şəhrivərın 23-də tutuqlanaraq 4 ay müddətində saxlanılıb. Sonra isə 50 milyonluq zəmanət qarşılığında azadlığa buraxılıb. Milli fəal cəzasını çəkmək üçün 1390-cı ilin fərvərdində tutuqlanıb. 1391-ci ilin şəhrivərində isə “müxalif qruplardan birini himayət etmə” ittihamı ilə Xoyun İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum olunub.





