Site icon Aznews TV

Milli fəal Evin həbsxanasına qaytarılıb

Bu barədə fəalın yaxınlrı məlumat verib.

Bildirilib ki, Tehranın Evin həbsxanasında saxlanılan və mayın 6-da 1 milyard tümən girov qarşılığında 3 günlük məzuniyyətə buraxılan Əli Rəzizadə Nadarlı, mayın 11-də həbs müddətinin qalan hissəsini çəkmək üçün həbsxanaya geri qaytarılıb.

Əli Rəzizadə 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin həbsxanasına salınıb.

O, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilib.

Bu ittihamlara görə, Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi milli fəalın barəsində çıxarılan 3 illik həbs cəzasını təsdiq edib, cəzanın 1 ilinin çəkilməsinə, 2 ilinin isə 5 il müddətinə təxirə salınmasına qərar verilib.

Bununla yanaşı,  həbsdən buraxıldıqdan sonra daha iki il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub

Exit mobile version