Site icon Aznews TV

Milli fəal Kərim İsmayılzadə ağır vəziyyətdədir

Təbriz zindanında saxlanılan tanınmış idmançı və milli fəal Kərim İsmayılzadə noyabrın 11-də ailəsi ilə qısa telefon danışığı zamanı ağır durumda olduğunu və məsulların müalicəsinə imkan vermədiklərini deyib.

O, bundan öncədə saxlanıldığı zaman işgəncə edildiyi üçün salamlığında ciddi problemlər yaranıb, ürək və əsəb dərmanları qəbul edir və ailəsindən dərmanlarının ona çatdırılmasını istəyib.

Milli fəal noyabrın 2-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və bu günə kimi onun həbs səbəbi və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Kərim İsmayılzadə bundan öncədə sosial mediadakı paylaşımları və dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə basqılarla üzləşib və saxlanılıb.

Exit mobile version