Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın milli fəalı Dr. Lətif Həsəninin 8 illik həbs cəzası 6 il 8 aya endirilib. Bu barədə 1399-cu ilin 18 deyində Təbriz Dadqostərisinin 11 saylı Təcdide-nəzər şöbəsi tərəfindən qərar çıxarılıb. Sözügedən qərarın ardınca dey ayının 24-də Lətif Həsəni azadlığa buraxılıb. Bildirək ki, Dey ayının 18-də Dr. Lətif Həsəninin azadlıq bərgəsi Təbriz məhkəməsindən Tehrana göndərilib. Ancaq Evin Dadqahının Şəhid Müqəddəsi şöbəsi 6 gün müddətində fəalı qeyri-qanuni surətdə həbsdə saxlayıb. 2 gün öncə isə fəal Kərəcin Rəcai Şəhr zindanının həyətində buzlaqdan yıxılaraq qolunu sındırıb. Onun həyat yoldaşı və vəkilinin çalışması, habelə məsələnin milli medialarda səsləndirilməsi ilə fəal Kərəc şəhərinin mərizxanasına yerləşdirilib. Dr. Lətif Həsəni dey ayının 24-də təsviyə üçün zindana qaytarılıb və saat 18:00 radələrində azadlığa buraxılıb. Fəalın həyat yoldaşı zindan məsullarının səhənkarlıqları barədə şikayət etmək niyyətindədir.
Qeyd edək ki, Araz ləqəbi ilə tanınan Dr.Lətif Həsəni Güney Azərbaycanın milli-mədəni haqlarını difa etdiyinə görə İranın müxtəlif həbsxanalarında 10 ildən çox məhbus həyatı keçirib. Fəal 1349-cu ildə Xalxal şəhərində anadan olub. O, orta mədrəsəyə qədər təhsilini Ramsərdə tamamlayıb və Kərəc Danişqahında fəlsəfə fakültəsinə keçib. Lətif Həsəni təhsilini davam etdirmək üçün Bakıya köçüb və Bakı Dövlət Danişgahında beynəlmiləl hüquq üzrə yüksək lisans və doktorluq dərəcələrini tamamlayıb.
O, 1380-ci illərin ortalarında Güney Azərbaycana qayıdıb və siyasi fəaliyyətini burada davam etdirib. Lətif Həsəni Kərəc danişgahında müəllim kimi çalışmaq istəsə də, Qozineş məsulu tərəfindən ona qarşı çıxılıb.
O, 1389-cu ilin xordad ayında 14 dostu ilə birlikdə “rejimə qarşı təbliğat, milli əmniyyətə qarşı hərəkət etmək və qanunsuz qrup yaratmaq” ittihamı ilə həbs edilir. Dr. Lətif Həsəni Təbrizin İttilaat İdarəsinin təhlükəli məhbuslar üçün özəl infiradisində 7 ay işgəncələrə məruz qalıb. Bundan sonra isə Təbriz həbsxanasının ma:li bəndində 1 ay saxlanılıb. Beləliklə, Təbriz İnqilab Məhkəməsi onu 18 ay həbs cəzasına məhkum edib. Fəal həbsdən çıxdıqdan sonra da milli fəaliyyətini davam etdirib. O, 1391-ci ilin bəhmən ayında Yürüş ləqəbi ilə tanınan Mühəndis Ayət Mehrəli bəy, Mühəndis Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quliyzadə kimi tanınan 4 dostu ilə birlikdə Yeni Gamoh qrupu yaratmaq ittihamı ilə həbs edilib. Bildirək ki, Lətif Həsəni sözügedən təşkilatın baş dəbiri seçilib.
1391-ci ilin bəhmən ayında baş dəbir və təşkilatın mərkəzi şurasının üzvləri həbs ediliblər. Qazi Məhəmməd Baqerpour 1392-ci il prezident seçkilərindən bir neçə gün öncə Lətif Həsəni ilə adı çəkilən dostlarını rejimə qarşı təbliğat ittihamı ilə 8 il təziri həbs cəzasına məhkum edib. Hökm yubanmadan Təcdide-nəzər, habelə Divane Ali Məhkəməsində təsdiqlənərək icra edilir. Vurğulayaq ki, Dr.Lətif Həsəni Azərbaycan Milli Hərəkatının ən çox həbs çəkən siyasi fəalıdır. Onun həyat yoldaşı Əzəm Piri də milli hərəkatın aparıcı nümayəndələrindən sayılır.