Site icon Aznews TV

Milli fəallar kəşfiyyat idarəsinə çağırılıb

Qarabağa dəstək çağırışından sonra əmniyyəti qüvvələr milli fəalların evlərinə gediblər. Adı açıqlanan həmin milli fəallardan biri Meşkinşəhrdə yaşayan Siyamək Seyfi, o biri isə Kazım Səfabəxşdir. Siyamək Seyfinin atası evinə gedən əmniyyəti qüvvələr fəalın burada olmadığını öyrəndikdən sonra evdə axtarış aparıblar. Onlar axtarış zamanı ev sakinlərini təhdid etməklə yanaşı, bütün əşyaları alt-üst ediblər. Əmniyyəti qüvvələr fəalların tezliklə bu idarəyə müraciət etmələrini istəyiblər. Qeyd edək ki, Siyamət Seyfi əmniyyəti qüvvələr tərəfindən bir neçə dəfə həbs olunub.

Exit mobile version