
Ərdəbil sakini milli-mədəni fəal Yusif Kari əmniyyəti məmurlərı tərəfindən tutuqlanıb.
Aznews.tv xəbər verir ki, bu barədə Siyasi Zindanilər Kampaniyası məlumat yayıb.
Məlumata əsasən, əmniyyəti məmurlar milli-mədəni fəal Yusif Karini çərşənbə axşamı, şəhrivər ayının 12-si günortadan sonra Ərdəbilin Şəriyəti meydanında saxlayaraq naməlum istiqamətə aparıblar.
Yaxınlarının məlumat əldə etmə çabalarına baxmayaraq fəalın indiyə kimi harada və niyə saxlanıldığı barədə heç bir informasiya verilməyib.
Xatırladaq ki, milli fəal Yusif Kari 1372-ci ildə Ərdəbildə doğulub. Milli-mədəni fəal 1397-ci ildə Babək qalası mərasimində də saxlanılmışdı.