İran

Təbrizdə divarlara etiraz şüarları yazılıb

Doğu Azərbaycanda əhalinin ictimai-iqtisadi durumu pisləşib. Bu duruma etiraz etmək məqsədilə mey ayının 7-də Təbriz divarlarına şüarlar yazılıb. İnsanlar “torpağı qızıl qiymətində olan Azərbaycan milləti yoxsulluq içində yaşayır, zibil qutularında yemək axtarır” kimi şüarlarla dövlətin iqtisadi siyasətinə etirazlarını bildiriblər. Qeyd edək ki, son illər İranda iqtisadi böhran ilə fəsad yoxsulların sayının kəskin artmasına səbəb olub. Ancaq əhalinin sosial-iqtisadi çətinliklərini önəmsəməyən İran rejimi həmin gün ənənəvi təbliğatını davam etdirib. Belə ki, İranın bir çox şəhərlərində dövlət təmsilçiləri, imam cümələrı tərəfindən “Qods günü” ilə bağlı İsrailə qarşı təhdidlər irəli sürülüb. Təbrizin imam cüməsi Seyid Məhəmməd Əli A:l Haşim də başqa bölgələrin təmsilçiləri kimi İsrailə qarşı bəyanatlar səsləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button