Site icon Aznews TV

Misirdən İrana xəbərdarlıq: Bizim ərazimizdə İsrail vətəndaşlarına hücum etməyin

“Əl-Ərəbi Əl-Cədid” qəzetinin məlumatına görə, Misirin kəşfiyyat rəsmiləri İran rəsmiləri ilə görüşdə bildiriblər ki, Misir ərazisində İsrail vətəndaşlarına ediləcək terror aktları Tehran-Qahirə münasibətlərinə ciddi zərər verəcək. Qəzetin məlumatlı mənbəyə istinadən yazdığına görə, İran rəsmiləri Misir hökumətini əmin ediblər ki, Tehran hökuməti iki ölkə arasında münasibətləri korlamaq niyyətində deyil. Qeyd edək ki, bundan öncə İran kəşfiyyatı, əsasən, Türkiyədə müxtəlif agentlər vasitəsilə İsrail vətəndaşlarını hədəf almaq istəyərkən yaxalanıblar. Daha sonra həmin şəxslərin SEPAH-ın Qüds Qüvvələrinin agentləri olduğı üzə çıxıb.

Exit mobile version