İran

İranin xarici siyasətində Rusiyanın yeri və rolu

İran İslam İnqilabı bir çox iddia və şüarlar üzərində quruldu. Xarici siyasətdə Qərb və Şərqdən aslı olmamaq şüarların ən başlıcası idi. Bildirək ki, İran Xarici İşlər Vəzirliyi binasının girişində də “Nə Şərq, Nə Qərb, İslam Cumhuriyeti” yazısı yer alır. Ancaq inqilabın elə ilk illərindən İran Qərb ölkələrindən uzaqlaşıb Rusiya və Çinə yaxınlaşmağa başladı. Hətta Əli Xamenei açıq bir şəkildə Şərq ölkələrinə yaxınlaşacaqlarını dilə gətirdi. İranın bu siyasətləri xalqın narazılığına səbəb oldu. Çünki rəsmi Tehranın sözügedən ölkələrlə işbirliyi ikitərəfli qazancdan daha çox müstəmərə kimi görünür. Bu iddianı sübut edəcək son olay elə məclis başqanı Qalibafın Moskoya səfəri zamanı baş verdi. Bildirək ki, Məhəmməd Baqir Qalibaf dəfələrlə prezident seçkilərinə namizədliyini irəli sürüb, ancaq qalib gələ bilməyib. Daha sonra məclis seçkilərinə qatılıb və millət vəkili seçilib. Daha son məclis başqanı kimi fəaliyyətinə davam edib. Bir çox siyasi uzmanın fikrincə Qalibaf xurdad ayındakı prezident seçkilərdə iştirak edəcək. Buna görə də o, Həsən Ruhaninin başarısızlıqlarından faydalanmağa və əhali arasında nüfuzunu artırmağa çalışır. Xəbər verdiyimiz kimi, məclis başqanı Moskoya səfər etdi. O, səfər çərçivəsində Əli Xameneninin yazdığı məktubu Rusiya prezidentinə təqdim etməyi hədəfləmişdi. Ancaq Qalibafın Putin tərəfindən qəbul edilmədiyi bəlli oldu. Bu xəbər 2 gündür müzakirə mövzusuna çevrilib. Sipaha yaxınlığı ilə bilinən “Təsnim” xəbər ajansı Qalibafın Putinin sağlıq protokollarını qəbul etmədiyini və buna görə də görüşün baş tutmadığını yazdı. Onun Xameneinin məktubunu özəl nümayəndəyə təhvil verdiyi açıqlandı. Xarici İşlər Vəziri Məhəmməd Cavad Zərif “Qalibafın Putin tərəfindən qəbul edilmədiyini məclisə bildirmişdik” deyə açıqlama verdi. İran televizyonu isə Qalibafın Rusiya məclis başqanı ilə görüşəcəyini bildirdi. Ancaq Putinlə görüşü haqqında heç bir bilgi vermədi. Məclis başqanının Rusiya səfəri ilə bağlı mübahisələr davam edərkən başqa bir olay daha baş verdi. Belə ki, Rusiyanın Xarici İşlər Vəzirliyinin rəsmi “Twitter” hesabında İranın israrla “Fars Xəlici” adlandırdığı bölgə Ərəb Xəlici kimi qeyd olundu. İranın Xarici İşlər Vəzirliyi bu duruma etirazını bildirdi. Ancaq olayı münaqişə halına gətirmədi. Halbuki, İranın bu məsələyə son dərəcə həssas yanaşacağı gözlənilidi. Məsələn, İran Türkiyə prezidentinin “Araz” şeirini səsləndirməsinə sərt təpki göstərdi. Ancaq söz qonusu Rusiya olduğu zaman ən həssas olduğunu iddia etdiyi mövzuda səssiz qalmağı seçdi.

 

Related Articles

Bir cavab yazın

Back to top button