Site icon Aznews TV

MN: “Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir”

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.

Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib.

Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir. (report)

Exit mobile version