DünyaİranSiyasət

Morqan Orteqas: İnqilab Keşikçiləri Korpusunun nəzarətində olan İranın tikinti sektoru ilə istənilən əməkdaşlıq sanksiya ilə üzləşəcək

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözcüsü İslam İnqilabı Keşikçiləri Korpusu terror təşkilatının nəzarətində olan İranın tikinti sektoru ilə hər hansı bir əməkdaşlığın məcburi sanksiyalara səbəb ola biləcəyini bildirib.

Morqan Orteqas noyabrın 1-də Twitter-də yazıb: “ABŞ tikinti sektorunu hədəfə almaqla, İran rejiminə maksimum təzyiqləri artırır. Bu sektor terror təşkilatı olan İnqilab Keşikçiləri Korpusunun nəzarətindədir. İranın tikinti sektoru ilə ticarət edən, satış həyata keçirən, tədarük edən və vəsait köçürən hər kəs məcburi sanksiyalarla üzləşəcək”.

Xanım Orteqas bununla, Mayk Pompeonun İranda tikinti və inşaat sektoruna boykot elan etmək qərarına və bununla bağlı bəyanatına istinad edir.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo yaydığı açıqlamada bildirib ki, İnqilab Keşikçiləri Korpusunun nəzarətində olan tikinti işlərinin müəyyən edilməsi ilə bağlı qanunların icrasında və eləcədə onun nüvə, hərbi və ya ballistik raket proqramlarında tələb olunan strateji materialların əldə edilməməsində qərarlıdır.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button