Site icon Aznews TV

Moskvanın məşhur biznes mərkəzinə dron hücumu olub, yaralanan var

Bu barədə məlumat yerli teleqram kanallarında yayılıb.

Bildirilir ki, paytaxt Moskvanın mərkəzi ilə yanaşı Moskva vilayətinin bir sıra rayonları da dron hücumuna məruz qalıb.

Partlayış səslərinin eşidildiyi qeyd edilir. Eyni zamanda, “112” teleqram kanalının məlumatına görə, iş mərkəzinə dron zərbəsi nəticəsində 1 nəfər yaralanıb. Yaralanan binanın mühafizəçisidir.

TASS-ın yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri dron hücumunu dəf ediblər. (report)

Exit mobile version