Cəmiyyətİran

Müəllimlər Parlament qarşısında etiraz aksiyası keçirib/Avtobus sürücüləri əlavə rüsumun ödənilməsinə etiraz edib

Müqavilə əsasında işləyən bir sıra müəllimlər Parlament qarşısında etiraz aksiyası keçirərək statuslarının dəyişdirilərək işə qəbul edilmələrini tələb ediblər.

Aznews.tv-nin İLNA-ya istinadən məlumatına görə, müqavilə əsasında işləyən müəllimlər İLNA-nın müxbirinə açıqlamasında ölkə parlamenti qarşısında aksiya keçirdiklərini bildiriblər.

“Biz 2014-cü ildən müqavilə əsasında işləyən müəllimlər olaraq bugün parlament qarşısında toplaşmışıq və millət vəkillərindən tələblərimizə cavab vermələrini istəyirik”,- deyə onlar qeyd ediblər.

Onlar əsas tələblərinin statuslarının dəyişərək rəsmi qaydada işə qəbul edilmələri olduğunu deyiblər: “Bizim iş və gəlir vəziyyətimiz ağırdır və Təhsil Nazirliyindən bizi rəsmi qaydada işə qəbul etməsini tələb edirik”.

Avtobus və mikroavtobus sürücüləri əlavə rüsumun ödənilməsinə etiraz edib

Mehr agentliyinin məlumatına görə, 23 iyun 2019-cu ildə bir qrup avtobus və mikroavtobus sürücüsü nəqliyyət ərazisinə daxil olmağa görə əlavə rüsum ödənilməsinə etiraz olaraq Tehran şəhər Şurası qarşısında aksiya keçirib.

Tehran Şəhər Şurasının 24/18 saylı qərarına etiraz olaraq ictimai nəqliyyat vasitələrinin bir qrup sürücüsü ictimai nəqliyyat sahəsinə daxil olmaq üçün ödənişlərin tələb edilməsinə etiraz edib.

Etirazçılar “ictimai nəqliyyata görə rüsum ödənilməməlidir” şüarı səsləndiriblər.

Qeyd edək ki, bu son bir ildə Tehran şəhər Şurasının qarşısında keçirilən birinci etiraz aksiyası deyil.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button