İranSağlıq & Yaşam

Müalicə mərkəzlərinə müraciət edənlərin sayı azalıb – Bahalaşma

Bahalaşmadan sonra müalicə mərkəzlərinə müraciət edənlərin sayı 30 faiz azalıb.

Bu sözləri Tibbi Sığorta Təşkilatının müavini Kuruş Fərzin deyib.

O bildirib ki, qiymətlərin bahalaşmasının ardından ölkənin səhiyyə mərkəzlərinə müraciət edənlərin sayı ötən ilə müqayisədə azalıb.

“Xidmətlər elə bahalaşıb ki, müalicə xərcləri ailələrin gəlirindən çox yüksəkdir. İnsanlar adi sağlamlıq problemləri üçün həkimə müraciət etmirlər. Sığortalanmadıqları üçün yox, bəlkə də hər şey daha bahalaşıb. Qiymətlərin artması ilə insanlar həkimə daha az müraciət edəcəklər və soyuqdəyməni səhhətləri ağırlaşana qədər evdə müalicə edilməyə və ya istirahətlə həll etməyə çalışırlar”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close