İran

Zənganda qanunsuz ov edən şəxslər saxlanılıb

Zənganın Ceyran Çölü Qoruğunda qanunsuz ov edən şəxslər həbs olunub. Məsələ ilə bağlı Zəngan Əyaləti Çevrəni Qoruma Yeqanının fərmandehi İsmayıl Qulizadə açıqlama verib. Məlumata görə, əyalətin Sohreyn deyilən Ceyran Çölü qoruğunda tutuqlanan şəxslərin qanunsuz istifadə etdikləri silahlar müsadirə edilib.
İsmayıl Qulizadə bildirib ki, yaşam çevrəsi üzrə qanunu pozan şəxslərlə mübarizə davam etdirilir. Yerli olmayan və 1 dəstqah Pejo Pars ilə qoruğun içərisinə keçmiş bir ovçu isə Surxabad Qoruğu qoruma alayının məmurları tərəfindən tutuqlanıb.
Onun üzərindən 1 qəbzə dolu qoşa-lülə silah, 12 saçma fişəng, 2 qəbzə bıçaq və 1 əsəs riştə kəklik tutma toru tapılıb. Qurum rəsmisi habelə İç Çay Vilayətinin İç Kəndi ərazisində qanunsuz ovla məşğul olan 3 şəxsin tutuqlandığını deyib. Onların silahları müsadirə edilib. Bundan başqa, 3 kəklik leşi tapılıb. Qışlaq Kəndinin ərazisində isə 3 ovçu projektor qurarkən tutuqlanıb. Həmin şəxslərdən 5 fişəng ilə 1 qəbzə dolu silah kəşf olunub. 1 dəstqah Prayd ilə gəlmiş 2 yerli olmayan ovçu da Zəngan Çay bəxşinin ərazisində 3 dovşanı ovladıqlarına görə tutuqlanıblar.

Related Articles

Bir cavab yazın

Back to top button