Cəmiyyətİran

Muğanın Bələdiyyə işçiləri etiraz mitinqi keçirdilər

Güney Azərbaycanın Ərdəbil əyalətinin Muğan şəhərinin bələdiyə işçiləri, aylıqlarının ödənilməməsinə etiraz olaraq mordadın 20-i bir araya gəliblər.

Aznews.tv xəbər verir ki, işçilər şəhərin valilik binası önündə 9 aylıq gecikdirilmiş əmək haqlarını tələb ediblər.

Etirazçılar bildiriblər ki, bələdiyyə rəsmiləri müxtəlif bəhanələrlə, o cümlədən, nəğd pulun olmamasını əsas gətirərək maaşları verməkdən imtina edirlər. Əmək haqlarının verilməməsi ailələr üçün bir çox yaşayış problemləri yaradıb.

Qeyd edək ki, Muğanın Parsabad bölgəsində bələdiyə işçilərinin maaşları 10 ay gecikdiyinə görə etiraz aksiyası keçirilmişdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button