Cəmiyyətİran

Mustafa Kərimbeyginin anası həbs edildi

2009–cu il hadisələrində İran rejimi tərəfindən küçədə güllələnən 26 yaşlı Mustafa Kərimbeyginin anası Şahnaz Əkməli həbs olunub.

Buna səbəb isə onun noyabr aksiyalarında həyatını itirənlərin ailələrini ziyarət etməsi olub.

Ş.Əkməli (oğlunun şanına Kərimbeygi soyadını götürüb) aksiyalarda həyatını itirənlərin ailələrinə baş çəkməklə özünü təkcə oğlu Mustafa Kərim Beyginin yox, bütün azadlıq naminə ölənlərin anası kimi təmsil edib. Bu durum Tehran hakimiyyətini narahat edib.

Tehranın Şimiranından olan türk soylu Kərimbeygi  ailəsinin mübariz xanımı nəhayət yanvarın 14-ü həbs edilmədən öncə İnstaqram səhifəsində post paylaşıb.

“Oğlumun şəkilini özümlə zindana aparıram, çünki bu mənə bir dayaq simvoludur. Mən bir anayam və təkcə ittihamım budur ki illərdir soruşuram. Mənim oğlumu nə günaha, kimlələrin əmri ilə öldürdülər?”, o, paylaşımında qeyd edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close