İqtisadiyyatİran

“Nəqşicahan” şəkər şirkətinin direktoru “iqtisadi pozuntular” ittihamı ilə həbs edildi

Aznews.tv Azadlıq radiosuna istinadən xəbər verir ki, İranda “iqtisadi pozuntular” ittihamı ilə ölkədə həbslər dalğasının davamında, xəbər agentlikləri İsfahan “Nəqşicahan” şəkər şirkətinin baş direktorunun İsfahanda müvəqqəti saxlanılması haqqında məlumat veriblər.

Mehr Xəbər Agentliyi İsfahan vilayətinin Baş Ədliyyə İdarəsinin rəisi Məhəmmədrza Həbibiyə istinadən “Nəqşicahan” şəkər zavodunun direktorunun iqtisadi sistemin “pozulması” ittihamı ilə həbs olunduğunu bildirib.

Ədliyyə rəsmisinin sözlərinə görə, İsfahan “Nəqşicahan” şəkər zavodunun baş direktoru Siamək Sultani daha “iki həmkarı” ilə əlbir olaraq “şəbəkədən kənar geniş şəkildə şəkər satışı və paylanmasını həyata keçirirdi”.

“Həmin şəxslər bu ilin ilk aylarında sənədləşdirməklə və dəllallar vasitəsilə 4700 ton şəkəri təsdiqlənmiş qiymətdən artıq 1600 tümənə tədarük etmiş və 7600 milyard tüməndən çox qanunusuz vəsait əldə ediblər”,-deyə Məhəmmədrza Həbibi əlavə edib.

“Aparılmış yoxlamalar nəticəsində habelə təqsirləndirilən şəxslərə aid anbarından təxminən 1000 tona yaxın qanunsuz şəkər aşkarlanaraq götürülüb”.

Son bir neçə ayda İranda korrupsiya və maliyyə pozuntuları ittihamı ilə həbs dalğası başlayıb ki, İranın yüksək vəzifəli dövlət rəsmilərindən tutmuş ölkə parlamentinin üzvlərinədək əhatə edir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button