DünyaİranSiyasət

NATO ilk dəfə İrana xəbərdarlıq etdi

Aznews.tv “RFI” agentliyinə istinadən xəbər verir ki, Fars Körfəzində gərginliyin başlamasından bəri Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilk dəfə İrana xəbərdarlıq edərək bu ölkəni saxlanılmış gəmiləri və heyətini dərhal azad etməyə çağırıb. NATO-nun sözcüsü yaydığı bəyanatda qeyd edib: “NATO bu vəziyyəti nizamlamaq üçün bütün diplomatik səyləri dəstəkləyir”.

Oman da həmçinin İranı saxlanılmış Britaniya tankerini sərbəst buraxmağa çağırıb.

Oman, İranla birlikdə Hörmüz boğazına nəzarət edir. Eyni zamanda, Oman digər Fars Körfəzi ölkələri arasında İranla yaxşı əlaqələrə malikdir.

Oman Xarici İşlər Nazirliyi Twitterdə mesaj yayaraq, İran və Britaniyanı problemlərini diplomatic yolla həll etməyə çağırıb.

Nazirlik vurğulayıb ki, Oman “ticarət gəmilərinin Hormuz Boğazından etibarlı keçməsini” təmin etmək üçün bütün münaqişə tərəfləri ilə sıx əlaqədədir.

Daha əvvəl Avropa Brliyi İran tərəfindən Britaniya tankerinin ələ keçirilməsi ilə əlaqədar “dərin narahatlıq” ifadə etmişdi. “Əvvəlcədən böhranlı olan vəziyyətdə bu təhlükələrin baş verməsi yeni bir gərginliyi artırır və mövcud böhranın həllinə dair səyləri çətinləşdirir”,- AB-nın Xarici Siyasət İdarəsinin bəyanatında deyilir.

Almaniya və Fransa da İrandan Britaniya gəmisini azad etməyi tələb edib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button