BölgəDünya

NATO-nun Litvadakı beynəlxalq batalyonunun 20 hərbçisi koronavirusa yoluxub

Litvada yerləşən NATO beynəlxalq batalyonunun 20 hərbçisi koronavirusa yoluxub.

Bu barədə məlumatı “BNS” agentliyi kapitan Evert-Ian Danielsə istinadən məlumat verib.

“Digər təsdiqlənmiş hallar da var. Hal-hazırda cəmi 20 rəsmi təsdiq verə bilərik” – deyə kapitan bildirib.

Kapitan virusa yoluxanların vətəndaşlığı haqda məlumat verməyib, yalnız iki holland əsgərinin Hollandiyaya gətirildiyini əlavə edib.

Hal-hazırda virusla bağlı vəziyyətə görə hərbi təlimlər yalnız batalyonun daxilində aparılır və digər bölmələrlə birgə əməliyyatlar məhduddur.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close