Cəmiyyətİqtisadiyyatİran

Nazirlik: Mətbuata benzinin bahalaşmasını yayımlamaq qadağan edilmişdi

Mətbuatda benzinin qiymətinin artması ilə bağlı xəbərlərin yayılması qadağan edilmişdi.

Bu sözləri Mədəniyyət nazirinin mətbuat müavini Məhəmməd Xudadi deyib. O bildirib ki, dövlət benzinin bahalaşmasından iki gün öncə bu qərar barədə mətbuatı məlumatlandırıb. Ancaq onlara bu məsələni dərc etmək qadağan edilib:

“Biz öncədən mətbuata xüsusi şəkildə benzinin qiymətinin artması ilə bağlı xəbər vermişdik. Onlar bir neçə gün qabaq bu qərardan xəbərdar idi. Amma Ali Milli Təhlükəsizlik Şurasının müsəvvəbəsinə əsasən, mətbuat tərəfindən bu haqda hər hansı bir xəbərin yayılmasına qadağa qoyulmuşdu. Noyabr ayında xalqın etirazları təkcə benzinin bahalaşmasına görə yox, qismən də dolanışıq və məişət problemləri ilə bağlı idi. Etiraz etmək ölkədə yeni bir şey deyil. Düşünmürəm ki, əgər daha tez bu barədə məlumat verilsə idi, reaksiyalar fərqli olardı”.

O, həmçinin, dövlətin xalqı bu qərara inandırmaqda zəif işlər gördüyünü də etiraf edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close